9 C
Baku
Friday, December 13, 2024

Nasaz kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verənlər cərimələnəcək

Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə yeni cərimələr müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni- 338-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər