13 C
Baku
Wednesday, May 8, 2024

“Nasdaq” maliyyə proqram təminatı istehsalçısı “Adenza”nı 10.5 mlrd. dollara alır

“Nasdaq” bank proqramlarının tərtibatçısı “Adenza”nı almaq barədə razılığa gəlib. Müqavilə birja operatoruna 10.5 milyard dollara başa gələcək və bu, şirkətin tarixində ən bahalı alış olacaq.

Müqavilə şərtlərinə görə, “Adenza”nın məxsus olduğu “Thoma Bravo” “Nasdaq” kapitalının 14.9%-ni alacaq və onun ən böyük səhmdarı olacaq. Bundan əlavə, investisiya şirkəti “Nasdaq”ın direktorlar şurasında yer alacaq. Tərəflər 6-9 ay ərzində razılaşmanı bağlamağa ümid edirlər.

İndiyədək “Nasdaq”ın ən böyük alışları 2007-ci ildə “OMX” (3.7 milyard dollar), 2020-ci ildə “Verafin” (2.75 milyard dollar) və 2016-cı ildə “International Securities Exchange” (1.1 milyard dollar) olub.

“Adenza”nın satın alınmasının elanından sonra “Nasdaq” səhmləri demək olar ki, 12% ucuzlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər