“NaxçıvanBank” ASC bu ilin I rübünü 3 milyon 509 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 2 milyon 240 min manat təşkil edib ki, bu da illik müqayisədə 57% artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 5 milyon 685 min manat (illik müqayisədə 38% çox), xərcləri 2 milyon 36 min manat təşkil edib.
Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 320 milyon 391 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 19.3% çoxdur. Bunun 156 milyon 142 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27.5% böyüyüb.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 25.2% artaraq 219 milyon 176 min manata, o cümlədən depozit portfeli 32.6% artaraq 149 milyon 664 min manata, balans kapitalı isə 8.2% artaraq 101 milyon 214 min manata çatıb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.