Naxçıvanda ötən ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı artıb.
Cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 28 097 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 18 636 208 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 199 816 kilovat-saat olub.
2024-cü ilin iyul ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:
– 53,08 %-i İstilik Elektrik Stansiyalarında;
– 35,21 %-i Su Elektrik Stansiyalarında;
– 11,71 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı 11,57 faiz artaraq 46,92 faizə çatıb.