15 C
Baku
Friday, May 10, 2024

Naxçıvanda daha bir nazirlikdə yoxlamalara başlanıldı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı təsdiq edib. O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.

Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.

 

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər