16 C
Baku
Thursday, March 28, 2024

Naxçıvanda günəş elektrik stansiyası tikiləcək

“İki gündən sonra energetika naziri Pərviz Şahbazov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi, eyni zamanda xarici şirkət rəhbərlərini Naxçıvan Muxtar Respublikada qonaq edəcəyik”.

Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, görüşlərdə məqsəd alternativ enerjilər üzrə Naxçıvanda günəş elektrik stansiyasının tikintisinə nail olmaqdır: “Həmçinin Naxçıvanda içməli və suvarma suyu ilə bağlı ciddi problemlər var. Çalışırıq ki, əlimizdə olan dayanıqlı su vasitələrindən istifadə edib sudan əziyyət çəkən digər ərazilərdə su təminatını yaxşılaşdıraq. İş yerlərinin açılması üçün də çalışırıq. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə iş aparır. Aqrar sahədə apardığımız işlərin yaxın günlərdə şahidi olacaqsınız”.

F.Nəcəfli söyləyib ki, bu yaxınlarda Naxçıvan şəhərində yeni abad evlər tikiləcək: “Eləcə də müxtəlif infrastruktur layihələrimiz də olacaq. İnanıram ki, yaxın 5 ildə Naxçıvanda çox gözəl layihələr icra olunacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər