Cari ilin yanvar-may aylarında Naxçıvanda 1 quşçuluq təsərrüfatı, 6 arıçılıq təsərrüfatı, 1 arıçılıq təsərrüfatı yaradlıb.
Banker.az xəbər verir ki, cari ilin yanvar-may aylarında quşçuluğun və arıçılığın inkişafına, bank və kredit təşkilatları tərəfindən 346 min 400 manat kredit verilib.
Belə ki, verilmiş kredit, bir il öncəki göstəricidən 24.9 faiz çoxdur.
Bank və kredit təşkilatları tərəfindən heyvandarlıq təsərrüfatının yaradılmasına isə 6 milyon 11 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 55.8 faiz çoxdur.