7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı azaldıldı

Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

Banker.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu.

Buna səbəb kimi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi bildirilir. Bununla bağlı mətbuatda dərc olunan tənqidi yazılardan sonra bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara bir daha göndərib. Həmin tariflərə əsasən bu gündən şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib. Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər