10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda iki nazirliyin işində nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində audit aparılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir: “Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində aparılan nəzarət tədbirində əvvəlki nöqsanlar aradan qaldırılıb, lakin yeni nöqsanlar var. Bu, əsasən büdcənin icra olunmaması, icra olunmuş büdcənin əvvəlki illərin köhnə borclarına yönəldilməsi ilə bağlıdır. Bu haqda geniş məlumat növbəti ayın əvvəllərində təqdim ediləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər