17 C
Baku
Wednesday, May 1, 2024

Naxçıvanda iki yeni elektrik stansiyası inşa olunur

Hazırda Naxçıvan MR-da təmiz enerji istehsal edəcək iki elektrik stansiyası inşa olunmaqdadır.

Bu barədə bu gün Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.

“Naxçıvanda müəyyən illərdə elektrik enerjisinin istehsalında ənənəvi enerjidən daha çox təmiz enerjidən istifadə olunur və bu göstərici bəzən enerji istehsalının ümumi həcminin 50 faizini keçə bilir. Naxçıvan MR-in digər bir xüsusiyyəti Türkiyə bazarına birbaşa çıxışının olmasıdır”, – o deyib.

E.Soltanov Naxçıvanın iri enerji layihələrinin reallaşdırılacağı məkan olacağına əminliyini ifadə edib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər