Naxçıvanda ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi nəzərdə tutulur.
Bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda qeyd edilib.
Məlumata görə, Naxçıvanın İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi bu istiqamətdə işlər həyata keçirəcək.
Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur.