10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda kredit faizləri aşağı salınıb

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə kreditlərin faiz dərəcələri aşağı salınıb.

Muxtar Respublika sakinləri istehlak kreditlərini 17-18 faizə, kart kreditlərini 18-20 faizə, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10- 11 faizə götürə bilərlər.

İpoteka krediti üzrə faiz dərəcəsinin aşağısalınması “Naxçıvanbank” tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.

Bank tərəfindən kənd təsərrüfatı üzrə heyvandarlığa, arıçılığa 15 faizlə, taxılçılığa, kartof- çuluğa, bostan-tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir.

Qeyd edək ki, muxtar respublika üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 milyon 21 min manat olub. Bunun 1 milyon 252 min manatı qısamüddətli, 3 milyon 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər