Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 3 dəfə artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 19,2 milyon manat təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 2,9 dəfə çoxdur.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, il ərzində Naxçıvanda verilmiş güzəştli kreditlərin 17,7 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə çoxdur: Ötən il 11 milyon manat problemli kreditin də geri qaytarılması təmin edilib ki, bu da illik müqayisədə 14,5 dəfə çoxdur.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər