Bu il iyunun 1-dək Naxçıvan Muxtar Respublikasının ərazisində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 3 506 ədəd olub.
Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bu ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 156.3 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 93.7 milyon manat və ya 2.5 dəfə çoxdur.
İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1.4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2.5 dəfə artaraq 560.5 min manat olub.