24 C
Baku
Monday, April 29, 2024

Nazarbayevin təhlükəsizliyi məsələsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin vəzifələri siyahısından çıxarılır

Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin müdafiəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır.

Dövlət başçısının müvafiq fərman layihəsi “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.

İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir. Belə ki, xüsusən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü bəndinin başqa redaksiyada verilməsi təklif edilir. Yeni dəyişikliyə görə, sənəddə komitə “Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur” deyə qeyd edilib.

Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Milli Təhlükəsizlik Komitəsi “Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidentinin – Elbaşının təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər