17 C
Baku
Monday, April 29, 2024

Nazir “Bakı-Tbilisi-Qars” vasitəsilə sərnişindaşımalarına nə zaman başlanılacağını açıqladı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində işlər yekunlaşdıqdan və sərnişindaşıma üçün sertifikatlaşdırıldıqdan sonra sərnişin daşınmalarına başlanılması planlaşdırılır.

Bunu bu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, hazırda dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən 246 kilometrlik hissəsində tikinti işləri aparılır: “Ümumilikdə BTQ vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında sərnişindaşımaları ilə bağlı işlər davam edir”.

A. Uraloğlu qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyənədək təxminən 1 milyon 500 min ton yük daşınıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını söyləyib.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər