8 C
Baku
Thursday, March 28, 2024

Nazir: Bazardakı qiymət fərqləri diqqətimizdədir

Kənd təsərrüfatı məhsullarına kənddə istehsalçı tərəfindən qoyulan qiymətlə pərakəndə satış nöqtələrindəki qiymət arasında kəskin fərqin olması Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir.

Bu fikirləri jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

“Məsələ nazirliyin diqqət mərkəzindədir. Bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, satış yarmarkaları təşkil olunur, böyük şəbəkə marketlərlə istehsalçıların birbaşa əlaqələri yaradılır”.

Nazir ölkə ərazisində arpa və buğda biçininə başlandığını da qeyd edib.

“Aran bölgələrdə arpa və buğda biçininə başlanıb və tezliklə dağlıq ərazilərdə də başlanacaq. Texnika təminatı ilə bağlı heç bir problem yoxdur. Kənd Təsərrüfatı Nazirliyi və yerli qurumlar texnikanın səmərəli dislokasiya planını hazırlayıb və bu məsələdə problem olmayacaq. İyulun sonu-avqustun əvvəlinə qədər biçin başa çatacaq və bol məhsul olacaq”, – İ.Kərimov əlavə edib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər