3 C
Baku
Saturday, December 14, 2024

ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

27 may 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatı təsdiqlənib, eyni zamanda 2023-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividendin ödənilməsinə qərar verilib. Bununla da ABB-nin səhmləri üzrə dividend gəlirliliyi 15,1% təşkil edir.

Bununla yanaşı, iclasda bir sıra təşkilati məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, ABB-nin Müşahidə Şurasının tərkibi növbəti müddətə təsdiqlənib və 2 üzv əlavə edilib. Yeni üzvlər Rüfət Əlimərdanov və Məcid Məmmədovdur. 1969-cu il təvəllüdlü Rüfət Əlimərdanov Azərbaycan Dövlət İqtisad Universitetində və Texas Universitetində təhsil alıb. 1997-ci ildən müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışır. Digər üzv – 1981-ci il təvəllüdlü Məcid Məmmədov isə BDU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Varvik Biznes Məktəbinin məzunudur. 2005-ci ildən müxtəlif kommersiya qurumlarında, o cümlədən bank sektorunda çalışıb. Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar.

ABB Səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.

Habelə, Səhmdarların Ümumi Yığıncağında əlavə səhmlərin buraxılması yolu ilə ABB-nin nizamnamə kapitalının artırılması qərara alınıb. Səhmlərin buraxılması kütləvi təklif üsulu ilə həyata keçiriləcək və emissiya çərçivəsində zəruri olan digər əsaslar emissiya prospektində müəyyən olunaraq ictimaiyyətə məlumat veriləcək.

Eyni zamanda, iclas zamanı ABB-nin Nizamnaməsi və Müşahidə Şurası haqqında Əsasnamə yeni redaksiyada təsdiqlənib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

 

 

 

Son xəbərlər
Digər xəbərlər