12 C
Baku
Tuesday, May 7, 2024

Nazir: “İstədiyimiz nöqtəyə gəlsək, Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini aça bilər”

“Əgər istədiyimiz nöqtəyə gəlsək, can Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini aça bilər”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Dəmir yolu və avtomobil yollarının açılması ilə bağlı Rusiyada baş tutan sonuncu üçtərəfli görüşün faydalı keçdiyini söylədilər. Ümid edirəm ki, bu layihələr yaxın zamanda gerçəkləşər. Layihələrin ən çox Ermənistana faydası var. Naxçıvan üzərindən ərazimizdən keçəcək nəqliyyat dəhlizinin da bölgədə ticarət və iqtisadi inkişafın artmasına da dəstək olacaq”.

XİN başçısı Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə də toxunub.

“Digər tərəfdən sərhədlərin açılması məsələsinə toxunsaq, biz hər mövzuda Azərbaycanla məsləhətləşərək qərar veririk. Əgər irəlidə sərhədlərin açılması məsələsi gündəmə gələrsə yenə də can Azərbaycanla məsləhətləşərik. Ermənistanın və bütün dünyanın bir yol olması lazımdır. Əgər istədiyimiz nöqtəyə gəlsək,can Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini aça bilər. Azərbaycan Ermənistana əhatəli sülh müqaviləsi təklif etdi və bu əslində Azərbaycanın xoş niyyətini, sülh istədiyini göstərir. Sərhədlərin təyin edilməsi və normal münasibətlərin qurulması bizim də arzumuzdur”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər