10 C
Baku
Wednesday, December 11, 2024

Nazir müavini: “Azərbaycan Zəngəzur dəhlizi üzərindən Avropaya enerji ixracını həyata keçirə bilər”

“Azərbaycan Zəngəzur dəhlizi üzərindən Avropaya gələcəkdə elektrik enerjisi ixracını həyata keçirə bilər”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda paneldə Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Elnur Soltanov qeyd edib ki, Avropa ölkələri Zəngəzur dəhlizindən faydalana bilər: “Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda əksini tapan öhdəliklərini yerinə yetirməlidir. Prezident İlham Əliyev də qeyd etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməlidir”.

“Azərbaycan qonşu ölkələrə elektrik enerjisinin ciddi ixracatçısıdır. Ötən illə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı 45 faiz artıb”, – nazir müavini deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər