BMT ilə Çərçivə sənədi üzrə 2022-ci ildə layihələrin icarına 25.4 milyon dollar xərclənib.
Bunu BMT və Azərbaycan arasında “2021 – 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası ilə bağlı Birgə İstiqamətləndirici Komitənin iclasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib: “Bu il üzrə isə Çərçivə sənədi ilə bağlı layihələrin icrası ilə bağlı xərclər 32 milyon dollar təşkil edir”.
O əlavə edib ki, ötən dövr ərzində BMT ilə birgə Çərçivə sənədi ilə bağlı 5 istiqamətdə formalaşdırılmış nəticə qruplarının iclasları keçirilib və 2023-cü il üzrə birgə iş planları müəyyən edilib, strateji istiqamətlər müəyyən edilib.
BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva isə qeyd edib ki, 2023-cü ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdə miqrasiya, səhiyyə, gender, qida, məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlərə baxılacaq:
“BMT-nin ictimaiyyətə açıq saytında aparılan işlər barədə məlumatlar yerləşdirilir. Bu ilə dair hesabatımız da qlobal platformada qeyd ediləcək”.