19 C
Baku
Sunday, May 19, 2024

Yanğın 4 min hektar əraziyə ziyan vurub 

İlkin hesablamalara görə, şimal bölgəsində olan yanğın 4000 hektar ərazini əhatə edib.

Bunu Qubada jurnalislərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda baş verən yanğınların 98 faizi insan faktoru ilə bağlıdır. Nazir müavini vurğulayıb ki, kənar müdaxilələrdən ən əsası taxıl zəmiləri biçildikdən sonra od vurulmasıdır: “5 gündür davam edən və şimal bölgəsində Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarının ərazisində qeydə alınan yanğınlar son dövrlə ən baş verən yanğınların ən böyüyüdür. Təbiətə böyük ziyan dəyib. Əsas səbəbi də insan amilidir”.

48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunubPeşə məktəblərində hibrid avtomobillərlə bağlı bilik və bacarıqlar öyrədiləcəkBağçalardakı monitorinqlərin nəticəsi açıqlanıb, 158 nöqsan aşkarlanıb

Nazir müavini yanğınların miqyasının artmasının əsas səbəbinin 5 gün ərzində havanın güclü küləkli olması ilə əlaqələndirib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər