10 C
Baku
Thursday, December 12, 2024

Nazir müavini: Kəngərlidə heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması planlaşdırılır

Əvvəllər kənd təsərrüfatı məhsullarının ixracında müəyyən çətinliklər vardı. Bu çətinliklərdən biri sertifikatlaşdırma ilə bağlı idi. Buna baxmayaraq, ötən il biz muxtar respublikadan məhsulların ixracına nail ola bilmişik. Artıq Qida Təhlükəsizliyi Agentliyi də muxtar respublikada fəaliyyətə başlayıb.

Bu sözləri Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova söyləyib.

Nazir müavini deyib: “Yeni inşa olunacaq aqroparkda 1000 başlıq heyvandarlıq və 3000 başlıq quşçuluq təsərrüfatlarının yaradılması planlaşdırılır. Bununla yanaşı, ət və süd istehsalı üzrə emal müəssisələri də yaradılacaq. Meyvəçilik, tərəvəzçilik üzrə həm konservləşdirmə, həm də quru meyvələrin tədarükü nəzərdə tutulur”.

Qeyd edək ki, yeni aqroparkın inşası üçün Kəngərli rayonunun Böyükdüz massivində 2000 hektardan artıq ərazi ayrılıb. Yaxın vaxtlarda aqropark ərazisinə elektrik, qaz, su xətlərinin, avtomobil yollarının çəkilməsinə başlanılacaq. Burada pivot, damcı və çiləmə suvarma sistemləri qurulacaq. Eyni zamanda, logistika mərkəzləri, laboratoriyalar yaradılacaq. Aqroparkda istehsal olunan məhsullar ölkəmizin tələbatını ödəməklə yanaşı, “Orqanik Naxçıvan” brendi ilə ölkəmizin digər bölgələrinə də göndəriləcək, eləcə də xarici ölkələrə ixrac ediləcək. Bunun üçün “Orqanik Naxçıvan” publik hüquqi şəxsi və orqanik bağ da yaradılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər