Ermənistanla münasibətlərimizin normallaşması çox vacibdir.
Bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Ankarada keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin bərpasının 30-cu ildönümü” adlı konfransda bildirib.
“Burada Ermənistan tərəfinin bölgədə sülhü təşviq edən mövqe tutması və Qarabağda atəşkəs rejiminə riayət etməsi son dərəcə əhəmiyyətlidir. Biz bunu izləməyə davam edəcəyik. Dünən başlayan Türkiyə və Ermənistan arasındakı uçuşların önəm daşıyır”, – nazir müavini vurğulayıb.