16 C
Baku
Saturday, April 20, 2024

Nazir: Qeyri-neft iqtisadiyyatı iqtisadi artımın əsas mənbələrindən olacaq

2022-ci il və qarşıdakı 4 il ölkə iqtisadiyyatının yeni strateji inkişaf mərhələsi olacaq.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu dövrdə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir: “2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair hazırlanan yeni inkişaf strategiyası dövlət sektorunun yeni keyfiyyətə transformasiyasını, iqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, ekosistemin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, özəl sektorun inkişaf stimullarının və sürətinin artırılmasını, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılmasını nəzərdə tutur. Yeni mərhələdə özəl sektorun investisiyaları və qeyri-neft iqtisadiyyatı ölkədə iqtisadi artımın əsas mənbələri olacaq”.

Son xəbərlər
Digər xəbərlər