10 C
Baku
Friday, December 13, 2024

Nazir şöbə müdirini vəzifəsindən azad etdi

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər