-3 C
Baku
Sunday, December 15, 2024

Nazir: “Vətəndaşlara verilən heyvanın qiyməti 1400 manat civarındadır”

“Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub” 

 Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, yararsız heyvanlar bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib: “Vətəndaşlara heyvan təqdim ediləndə özü təsdiq edir. Müvafiq baytar arayışları da təqdim olunur. Yalnış məlumat gedir ki, 5000 manat civarında heyvan alınır. Bu, düz deyil. Bütün vergilər və digər ödənişlər daxil olmaqla, bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır”. 

Nazir vurğulayıb ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub. 

“Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb”. 

S.Babayev qeyd edib ki, keyfiyyəti aşağı olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələri barədə inzibati tənbeh tədbirləri görülüb: “Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub”. 
Son xəbərlər
Digər xəbərlər