10 C
Baku
Wednesday, December 11, 2024

Nazirlər Kabinetindən “Aqrarkredit” QSC ilə bağlı qərar

“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümidsiz hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqlarının kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılması barədə qərarların qəbul edilməsi məqsədilə aşağıdaki tərkibdə Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyası yaradılsın:

Komissiyanın sədri

  • Azər Bayramov – maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

  • Malik Vəliyev – Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən
  • Emil Məmmədov – Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və təminat şöbəsi müdirinin müavini
  • Rəşad Zalov – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini
  • Natiq Quliyev – Mərkəzi Bankın Təhlükəsizlik Departamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi.

NK- tam mətn

Son xəbərlər
Digər xəbərlər