“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci ildə imzalanmış fərmanına dəyişdirilib.
Banker.az xəbər verir ki, bu fərmanı bu gün Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.
““Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli 683 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzası ləğv edilsin”, -deyə fərmanda deyilir.
Bildirək ki, həmin fərmanın ikinci abzaslnda (hansı ki, yeni fərmana görə ləğv edilir) deyilirdi:
- “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyaları proqnozlaşdırmaq üçün bələdiyyələr yerli vergilərin və ödənişlərin yığılması barədə hər üç ayda bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verirlər;
- bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.