Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Məşğulluq Xidməti “Agri Kon” QSC ilə 27,7 milyon manata yaxın müqavilə bağlayıb.
Banker.az-ın xəbərinə görə, bu müqavilənin predmeti özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması nəzərdə tutulur.
Müqaviləyə görə, nazirlik QSC-yə 27 698 780 manat ödəməli olacacaq.