10 C
Baku
Thursday, December 12, 2024

Nazirlik rəsmisi: “Laçında 40 faydalı qazıntı yatağı mövcuddur”

“Laçında 40 faydalı qazıntı yatağı mövcuddur və faydalı qazıntıların istismarı zamanı təbiətə dəyən ziyanın minimumlaşdırılması üçün monitorinqlər aparılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Şükürov deyib.

Aprel ayının 5-də növbəti hərracın keçiriləcəyini qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları ANAMA-ya təqdim edilib ki, həmin ərazilərə giriş icazəsi verilsin:

“Yeni istehsal sahəsi qurmaq istəyən hər bir sahibkara qapımız açıqdır. Faydalı yataqları koordinatları, onların kimyəvi tərkibi və bir sıra başqa detallarla bağlı sahibkarları məlumatlandıra bilərik”.

“Laçında əsasən tikinti materialları, əhəng daşı, üzlük daşı, yarımqiymətli daş yataqları, eyni zamanda civə yataqları ilə zəngindir” – A.Şükürov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər