21 C
Baku
Saturday, May 4, 2024

Nazirlik sudan səmərəli istifadə üçün 849 min manata beynəlxalq məsləhətçi şirkət cəlb edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geo-Su Group” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Su ehtiyatlarindan səmərəli istifadəyə dair milli strategiya” layihəsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 849 010 manatdır.

Qeyd edək ki, “Geo-Su Group” MMC Geologiya, Geofizika, Geodeziya, Qazma,  Hidrogeologiya, Hidrologiya, Ekologiya, Tikinti-Quraşdırma və Layihələndirmə üzrə ixtisaslaşmışdır.

Xatırladaq ki, “Geo-Su Group” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elvin Rüstəmovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər