6 C
Baku
Saturday, December 14, 2024

Nazirlik: Uşaqlar arasında infeksiyasının yayılmasına suyun səbəb olduğu ehtimal edilir

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaq əhalisi arasında mədə-bağırsaq infeksiyasının baş verməsi ilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əks-epidemik tədbirlər həyata keçirilməyə başlanıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib.

“Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarət götürülüb. Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir.

4 gün ərzində 136 uşaq infeksiya əlamətləri baş verib, müayinə və müalicə profilaktik məqsədlərlə xəstəxanalara hospitallaşdırılan xəstələrə yüksək səviyyədə tibbi yardım göstərilib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər əhali arasında sanitariya müalicə işləri davam etdirilir”, – deyə məlumatda bildirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər