Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi 3 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Sun Cars” MMC, “İdeal Motors” MMC və “Azərmaş Group” MMC-dir.
Müqavilələrdə Universal tipli tam ötürücülü yolsuzluq avtomobillərinin (offroader), Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrinin, Universal tipli tam ötürücülü minik avtomobillərinin və Tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması nəzərdə tutulur.
Bu müqavilələrin məbləği isə 509 min manatdır.