Nazirliyin “AtaBank” açıqlaması

Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var.

Bu barədə Vergilər Nazirliyindən (VN) bildirilib.

Məlumata görə, söhbət “Atabank” ASC-dən gedir. Bu günə olan məlumata görə, Bankın vergi borcu 32 162 manat təşkil edir.

Xatırladaq ki, VN-in bu il yanvarın 1-də faiz və maliyyə sanksiyaları üzrə borcunu sildiyi banklar arasında “Atabank” da var. Kredit təşkilatının 46 402 manat borcu bağışlanıb.

Report.az

Son xəbərlər
Digər xəbərlər