Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.
Bu barədə qərar Sabunçu Rayon Məhkəməsində çıxarılıb.
Məlumat üçün bildirək ki, V.Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.
V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Apellyasiya şikayətindən sonra V.Zeynalovun cəzası 4 ilə endirilmişdi.
Oxu.az