6 C
Baku
Sunday, December 15, 2024

Neftə tələbat 1995-ci ildən etibarən ən aşağı həddə düşüb

2020-ci ilin aprel ayında neftə tələbat 1995-ci ildən etibarən ən aşağı həddə düşüb. Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyi məlumat verib. Qeyd edildiyi kimi, may ayında tələbatın daha 26 milyon barel azalması gözlənilir.

Ümumilikdə, il ərzində dünyada neftə tələbat gündə rekord 9,3 milyon barel azalıb. Agentliyin məruzəsi çıxandan sonra iyun ayının neft fyuçersləri 4% düşərək bir barel üçün 28,4 dollar səviyyəsinə enib.
Koronavirus pandemiyası və əvvəlki aylarda dünya istehsalçılarının isehsalı artırması fonunda, neft tədarükü gündə 20 milyon bareli ötdü.
Beynəlxalq Energetika Agentliyi bildirir ki, “indiyədək neft sənayesi logistika imkanlarının tükənməsinə belə yaxın olmamışdı”.

Son xəbərlər
Digər xəbərlər