-1 C
Baku
Sunday, December 15, 2024

Neft 2045-ci ilə qədər dünyanın ən çox tələb olunan yanacağı olaraq qalacaq – OPEC

İnkişaf etmiş ölkələrdə neftə olan tələbat heç vaxt böhran öncəsi səviyyəyə qayıtmayacaq, 2045-ci ilə qədər isə üçdə bir qədər azalacaq. Banker.az xəbər verir ki, bu barədə OPEC-in “World Oil Outlook” adlı uzunmüddətli proqnozunda deyilir.

Ekspertlərin fikrincə, 2019-2026-cı illər ərzində neftə tələbat gündə 13.8 milyon barel artacaq. Eyni zamanda bunun böyük hissəsi (80%) 2021-2023-cü illərin payına düşəcək.

Təşkilat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftə olan tələbatın 2023-cü ildə gündə 46.6 milyon barelə çatacağını, sonra isə yavaş-yavaş azalmağa başlayacağını proqnozlaşdırır.

Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə 2045-ci ilə qədər neft istehlakının artımı gündə 74.1 milyon barelə çatacaq.

Ümumilikdə, OPEC-in proqnozlarına görə, 2045-ci ilədək qlobal neft tələbatı gündə 108.2 milyon barel təşkil edəcək. Xatırladaq ki, daha əvvəl “Bank of America” analitikləri “Brent” markalı neftin qiymətinin 2022-ci ilə qədər 100 dollara yüksələ biləcəyini proqnoz ediblər.

Beynəlxalq Enerji Agentliyi isə öz növbəsində 2022-ci ildə neftə olan tələbatın tam bərpa olunacağını bildirib. Analitiklərə görə, OPEC+ iştirakçıları istehsal məhdudiyyətlərini yumşaltmalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər