Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 38 sent, yəni, 0.56% artaraq 68.13$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 41 sent, yəni, 0.53% bahalaşaraq 77.24$-a təklif olunub.