9 C
Baku
Friday, December 13, 2024

Neft-qaz ehtiyatları ilə əlaqədar bir sıra əməliyyatlar gömrük rüsumundan azad ediləcək

Neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı sazişlərə uyğun olaraq, əməliyyatlar gömrük rüsumundan azad ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük rüsumundan azad olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər