14 C
Baku
Wednesday, May 15, 2024

Neftin qiyməti niyə mənfiyə düşdü?

2020-ci il 20 aprel tarixində Nyu-York ticarət birjasında (NYMEX) WTI markalı neftin qiyməti sıfırdan aşağı düşməyə başlayıb və -37,63 dollar səviyyəsinə çatıb. 

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, may kontraktının qiyməti 55,9 dollara və ya 306% aşağı düşüb. Brent markalı neftə gəldikdə, qiymət 2,51 dollar və ya 9% düşərək 25,57 səviyyəsinə çatıb. 

download 2

1981-ci ildən başlayaraq WTI markası ABŞ-dan idxal olunan neftin markeri rolunu oynayıb. Onun qiyməti Kuşinq (Oklahoma) ərazisindəki ehtiyatların balansı əsasında formalaşmışdır və bu, markanı manipulyasiyalara daha həssas edir. İstehsal həcmi cəmi 1% olsa da, dünyada satılan neft fyuçerslərinin üçdə iksi bu marka ilə əlaqələndirilirdi. 

Neft may kontraktın müddətinin sona çatmasından bir gün əvvəl sürətlə ucuzlaşmağa başlayıb. Treyderlər daha uzun müddətə razılaşma əldə etmək üçün fyuçesrlərini satmaqla bazarın volatilniyini daha da artırmış oldular. 

Müddəti bitməmiş müqavilələr fiziki tədarük ilə bağlanmalı idi – neft Kuşinq ərazisinə çatdırılsa da, onun saxlanılması mümkün deyildi, çünki anbarlar artıq dolmuşdur. Aprelin 10-dan üç həftə əvvəl neft ehtiyatları 55 milyon barelə çatdı. 

“Bloomberg” in verdiyi məlumata görə, Covid-19 pandemiyası və Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı qiymət müharibəsi 2020-ci ildə qiymətləri təxminən 82% endirib. Şist neftə gəldikdə, indi bu neft o qədər ucuzdur ki, iqlim dəyişikliyi ilə mübarizə aparan fəallar belə bütün yataqları satın ala bilər. 

Bir il və ya bir neçə ay ərzində WTI neftinin may müqaviləsi qlobal neft bazarına təsir etməyəcək. 

“Bu bir günlük hekayədir və iyun fyuçersləri 20 dollardan yuxarı daha yüksək qiymətə çatacaq”, – Gas&Money layihəsinin müəllifləri qeyd edir. 

Hal-hazırda WTI markalı neftin qiyməti bir barel üçün 21,41 dollar təşkil edir. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər