10 C
Baku
Friday, December 13, 2024

Neftin qiyməti üç ayın maksimumuna yüksəlib

Brent markalı xam neftin dəyəri son 3 ayda ən yüksək həddinə keçməklə yenidən 40 dollar/barel səviyyəsinə yüksəlib. Sonuncu dəfə neft bu qiymətdə cari ilin martının ilk dekadasına təsadüf edir.

Bakı vaxtı ilə 08:35 radələrində Londonun ICE birjasında avqust fyuçersləri Brent neftinin 1 barelini 40.05 dollar, yəni, 1.21% artımla alıblar. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı xam nefti iyul fyuçersləri 2.06% günlük artımla 37.57 dollara alıbılar.

Neftin qiymətinin bərpası səbəbi dünya ölkələrində karantin və fövqəladə vəziyyətlərin bir qədər yumuşuldılması nəticəsində iqtisadi aktivliyin bir qədər artmsı ilə əlqəlidir.

Bununla paralel, artıq OPEC+ alyansı və ABŞ da neftin qiymətinə təsir etmək üçün yenidən hasilat məsələsini gündəmə gətiriblər. Bu özü ayrıca neftin qiyməti ilə əvvəlki OPEC+ razılaşmalarından daha çox təsirli olacağı ehtimal edilir.

Yaponiyada isə artıq noyabr fyuçersləri (GMT +4: 08.37) Tokio birjasında xam neftin bir kilo-litrni (t) 27,620 Yapon yeninə almalı olublar. Bu isə günlük 3.60% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər