9 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg”-dən neftlə bağlı sevindirici proqnoz

ABŞ-ın “Bloomberg” agentliyi dünya bazarında neftin ideal qiymətini müəyyən edib.

Xarici KİV-nin verdiyi xəbər verdiyi xəbərə görə, agentlik aparıcı analitiklərlə sorğudan sonra ideal neft qiymətinin 1 barel üçün 50-55 dollar arasında dəyişdiyini müəyyən edib.
Dünyada ən çox neft buruqları olan Nabors İndustries şirkətinin rəhbərliyi agentliyin ehtimalını dəstəkləyib.

“Neftin qiymətləri 50 dollar olmalıdır ki, dondurulmuş layihələr yenidən bərpa olunsun. Maliyyə stabilliyi də yalnız bunun sayəsində qazanılacaq”.

Kanadanın Pioner, Britaniyanın BP və ABŞ-ın Wood Mackenzie holdinqləri də neftin qiymətinin ilin sonuna qədər 50-55 dollar olacağını proqnozlaşdırır.

Modern.az

Son xəbərlər
Digər xəbərlər