22 C
Baku
Tuesday, April 23, 2024

“Netflix” kapitallaşma üzrə “Walt Disney”i keçib

“Netflix Inc.” kapitallaşma üzrə keçən ildən bəri ilk dəfədir ki, “Walt Disney Co.” şirkətini keçib.

Banker.az xəbər verir ki, iyulun sonunda müşahidə edilən 27% artım striminq platformasının bazar dəyərini 291 milyard dollara yüksəldib.

Qeyd edək ki, “Disney”in bazar dəyəri səhmləri 9% ucuzlaşandan sonra təxminən 288 milyard dollara düşüb. “Morgan Stanley” analitiki Benjamin Suinbernin fikrincə, striminq sahəsi şirkətin investisiya qoyduğu əsas istiqamətlərdən biridir. Analitikin reytinqi “Disney”in əhəmiyyətli miqyas və gəlirliliyə nail ola biləcək qlobal striminq platformaları siyahısına düşməsi fikrinə əsaslanır”.

b29e90a4 e734 47a2 be04 03516aed4820

Ümumilikdə, Uoll-Strit “Disney”ə münasibətdə daha optimistdir. Ekspertlərin 78%-i səhm almağı tövsiyə edir. Eyni zamanda analitiklərin 73%-i “Netflix” səhmlərini almağı, 5%-i isə əskinə, satmağı məsləhət görür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər