İyunun 30-da Networking Azerbaijan tədbir keçirib. Networking Azerbaijan öz ənənələrinə sadiq qalaraq, ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa və sahibkarlara faydalı əlaqələrinin siyahısını artırmağa köməklik göstərməyə çalışır. Bu dəfə tədbir şəhərin tam mərkəzində, daha dəqiq desək, İçəri Şəhərdə yerləşən Shah Palace otelində keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar və şirkət rəhbərləri arasında işgüzar əlaqələrin qurulmasından ibarət olub.
Ənənəvi olaraq, sahibkarlar yenidən bir yerə toplaşa və biznes aləmindəki son tendensiyaları müzakirə edə, həmçinin təcrübə mübadiləsi apara bildi.
90 nəfərdən artıq insanın iştirakı ilə baş tutan gecədə biznes-klubun və Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamladı və bütün tədbir ərzində fəal olmağa səslədi. Gecənin spikeri Hostimul şirkətinin direktoru Rəşad Qafarzadə idi. O, sahibkarlar qarşısnda çıxış edərək, brendin yaradılması mərhələləri və təqdim olunan xidmətlərin keyfiyyəti barədə danışdı. Xatırladaq ki, Hostimul dünyanın 52 ölkəsinə hostinq xidməti göstərən yerli şirkətdir.
Bütün gecə boyu iştirakçılar bir-biri ilə rahat ünsiyyət qura və təqdim olunan imkanlardan istifadə edə bildi. Qonaqlar arasında müsabiqələr və intellektual nervorkinq oyunlar keçirildi, sonda isə sponsor şirkətlər – Hostimul.com və Ləzzət Groupun adından hədiyyələr təqdim olundu. Təşkilati dəstək və texniki avadanlıq LEDAZ Event şirkəti tərəfindən təqdim olundu.
Gecənin spikerləri Hostimul.com brendinin təsisçisi Rəşad Qafarzadə və Nərgiz Fərzəliyeva şirkətin qurulma etaplarından və uğurlarından danışdı.
Networking Azerbaijan biznes klubunun bütün tədbirləri kimi, bu tədbir də rahat şəraitdə keçdi və tədbirin bütün iştirakçılarına şən əhval-ruhiyyə və faydalı bir gecə bəxş etdi.