5 C
Baku
Saturday, December 14, 2024

Niderland Ukraynaya yeni hərtərəfli dəstək paketi ayıracaq

Niderland Ukraynaya ümumi dəyəri 118 milyon avrodan çox olan ikinci hərtərəfli dəstək paketi təqdim edəcək. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün istifadə olunacaq.

Bu barədə “RBC-Ukrayna” Hollandiya hökumətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 93 milyon avro 2023-cü ildə Ukraynaya dəstək üçün hökumətin 2,5 milyard avro ehtiyatından, daha 25 milyon avro isə xarici ticarət və əməkdaşlığın inkişafı üçün büdcədən ayrılacaq.

Eyni zamanda, Niderland Ukraynanın bərpası və səhiyyə sisteminə 83 milyon avro ayıracaq. Bunun 58 milyon avrosu infrastrukturun və evlərin təmirinə sərf olunacaq. Qalan 25 milyon avro isə tibbi avadanlıq və səyyar klinikaların dəstəklənməsi üçün nəzərdə tutulub.

Bundan əlavə, Niderland Kaxovska su elektrik stansiyasının partladılmasının nəticələrinin aradan qaldırılması üzrə təcili yardım üçün 10 milyon avro ayıracaq. Daha 875 milyon avro isə ukraynalı hüquq müdafiəçilərinə dəstək üçün ayrılacaq.

Həmçinin, Niderland hökuməti ilk növbədə kənd təsərrüfatı, su təchizatı və səhiyyə sahələrində Ukraynanın bərpasına töhfə vermək üçün biznes və ictimai təşkilatlara 25 milyon qrant ayırır. Qrantlar sentyabr ayından etibarən tətbiq oluna bilər.

Ukraynanın qərb hissəsində tikinti materialları istehsalı zavodunun açılması üçün Ukrayna şirkətlərindən birinə əlavə maliyyə dəstəyi də veriləcək.

Bundan başqa, Niderland zəmanət və ya sığorta mexanizmi vasitəsilə Ukraynaya ixrac edən və ya Ukraynaya sərmayə qoyan şirkətlər üçün risk sığortası imkanlarını araşdırır.

Son xəbərlər
Digər xəbərlər