İlin yekununda NIKOIL | Bank-ın kollektivi dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş ənənəvi yeni il qaçış yarışını həyata keçirdi. Bankın öz əməkdaşları ilə yanaşı, bu tədbirdə eyni zamanda, əməkdaşların ailə üzvləri, müştərilər və Bankın partnyorları da iştirak etdilər. Dənizkənarı bulvarda müəyyən olunmuş marşrut üzrə qaçışı həyata keçirərək NIKOIL | Bank-ın komandası hər zaman sağlam həyat tərzini təbliğ edən kollektivin birgəliyini bir daha göstərdi! Qaliblər Bankdan dəyərli hədiyyələr qazandılar.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl