2 C
Baku
Saturday, December 14, 2024

Nikol Paşinyan: “İlham Əliyevlə görüşlərdən sonra dinc eranın inkişafı üçün imkanlar yaranıb”

“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.

TASS xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib.

“Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər