6 C
Baku
Sunday, December 15, 2024

“Nissan” şirkətində “Renault”un payı azaldıla bilər

Fransa hökuməti “Nissan” şirkətində “Renault”un payını azaltmaq imkanlarını araşdırır.

Bu barədə Fransa Yaponiya hökumətinə bildiriş təqdim edib.

Bu təşəbbüsün “Renault” şirkətinə prezident olaraq Jan Dominik Senarın təyin olunması, “Nissan” Direktorlar Şurasının sədri Karlos Qohnun həbsindən sonra həmin vəzifəyə də irəli çəkmək planı ilə bağlı olduğu göstərilir.

Lakin belə olsa, “Renault”un ən iri səhmdarlarından olan Fransa hökumətini9n “Nissan”da da söz sahibinə çevriləcəyini nəzərə alan Yaponiya hökuməti bu varinta qarşı çıxır.

Hazırda “Nissan”ın 43,4 faizinə sahib olan “Renault” bu korporasiyanın rəhbərlərini, Direktorlar Şurası üzlərini təyin etmək haqqına sahibdir. “Nissan” isə “Renault” səhmlərinin 15 faizinə sahib olduğundan həmin şirkətdə səs hüququna mailik deyil. Fransa hökuməti də “Renault”da 15 faizlik paya sahibdir, hərçənd Yaponiya tərəfilə danışıqlar əsnasında bu göstəricinin azalacağı mümkün olduğu göstərilir.

©Report

Son xəbərlər
Digər xəbərlər