15 C
Baku
Friday, April 26, 2024

Niyə MBA reytinqlərinə tam olaraq güvənmək olmaz?

Böyük başlıqlar bu və ya digər biznes-məktəbin keyfiyyəti barədə öz fikirlərini formalaşdıran oxucuları cəlb edir. Bu oxuculara həm də potensial MBA namizədləri daxildir. Lakin, MBA-ya qəbul prosesi ilə daha yaxından tanış olan insanlar bilirlər ki, bu cür reytinqlərin əsas məqsədi baxış sayını artırmaq, o cümlədən onları yayımlayan nəşrlərin reklam effektivliyini təmin etməkdir. Bəzən bunun üçün obyektivliyi qurban verməli oluruq.

Bu iddianın ən yaxşı sübutu, ehtimal ki, The Economist-in  MBA 2021 reytinqidir. Belə ki, orada M7 üzvləri, LBS və INSEAD kimi Avropa nəhəngləri daxil olmaqla, ümumilikdə 40 nüfuzlu biznes-məktəb yer ala bilməyib. Açıq-aşkar görünən natamamlığa baxmayaraq, saytın təqdim etdiyi siyahı “dünyanın ən yaxşı biznes-məktəbləri” kimi təqdim edilir.

Sensasiya təqibinin bu nümunəsini kənara qoysaq belə, ona bənzəyən digər reytinqlər də abituriyentlərə heç vaxt fayda verməyib. Metodologiyanın müəllifləri tərəfindən istifadə olunan məntiqsiz fərziyyələr, fərdi qərəzlər və kontekstdən kənar parametrlər… Hələ məktəblərdən alınan məlumatların yoxlanılması ilə bağlı çətinliklərdən danışmırıq. Buna görə namizədlər bu cür reytinqlərə diqqətlə yanaşmalıdırlar.

MBA reytinqlərinin tərtib edilməsi zamanı əmək haqqının səhv hesablanması

Reytinqləri bir-biri ilə diqqətlə müqayisə etsəniz, onların bir-birindən kəskin fərqləndiyini görəcəksiniz.

Əlbəttə ki, bu uyğunsuzluğun bir səbəbi Financial Times (FT) qəzetinin əsasən beynəlxalq biznes məktəblərinin nəzərə almasıdır. Ondan fərqli olaraq, U.S.News Forbes bütün diqqətini Amerika təhsil müəssisələrinə yönəldir.

Aşağıda təqdim etdiyimiz cədvəldən göründüyü kimi, bu üç siyahıdakı fikir ayrılıqları 1-2 xarici proqramın əlavə edilməsi ilə məhdudlaşmır: ümumiyyətlə, burada hər hansı bir uyğunluq tapmaq çətindir.

2

Qeyd: FT və U.S News məlumatları 2020-ci, Forbes rəqəmləri isə 2019-cu ilə aiddir.

Uyğunsuzluğun əsas səbəbi, nəşriyyatların hər biri tərəfindən qəbul edilmiş metodların diqqətlə öyrənilməsi zamanı ortaya çıxır. Bildiyimiz kimi, bütün reytinqlər müəllifin prioritet hesab etdiyi üç parametrə əsaslanır. Buna görə hər bir reytinq MBA proqramlarının keyfiyyəti deyil, metodologiyadakı spesifik balanssızlığı əks etdirir.

Və ən pisi odur ki, siyahı tərtib edənlərin istifadə etdikləri meyarların hamısı ədalətli deyil. Məlumatların çoxu tamamilə kontekstdən çıxarılıb ki, bu da bəzi məktəblərin haqsız olaraq digər müəssisələrdən fərqlənməsinə imkan yaradır.

Forbes-un MBA reytinqi

4000-dən çox məzun arasında aparılan sorğuya görə, bu MBA reytinqi namizədin proqramdan əvvəlki və sonrakı əmək haqqı səviyyəsinə böyük diqqət yetirir. Toplanan cavablar əsasında Forbes hər bir məktəb üçün beşillik “mənfəət” hesablayır: ümumi gəliri müəyyən edir, sonra isə oradan təhsil haqqını və digər xərcləri çıxır. Bir sözlə, maddi fayda Forbes-a görə yeganə meyardır.

Bu yanaşma bir çox problemlərlə müşayiət olunur, lakin nəşrin əmək haqları düzgün qiymətləndirə bilməməsi səbəbindən situasiya daha da ağırlaşır.

Birincisi, Forbes yalnız müəyyən peşələri nəzərə alır, bu isə xüsusi proqramların səviyyəsini aşağı salır. Məsələn, U.S.News reytinqi ilə müqayisədə Berkeley Haas məktəbinin Forbes-da  tutduğu mövqeyi çox sayda məzunun texnologiya sahəsinə yönəlməsi ilə izah etmək olar.

Bundan əlavə, nəşr qazancları yaşayış xərclərinə əsasən standartlaşdırır və bu da müəyyən proqramların reytinqinin olduğundan daha yüksək qiymətləndirilməsinə səbəb olur. Məsələn, məzunlarının əsas hissəsi Çikaqoda yaşayan Booth, RossKellong məktəblərini götürək. Çikaqoda yaşamaq xərcləri Nyu-Yorkdan daha aşağı olduğundan, McKinseyBCG kimi böyük şirkətlərdə əmək haqqı bütün filiallarda eyni hesablandığından, Çikaqo proqramları digər kurslarla müqayisədə daha yüksək reytinq qazanır. Lakin bu, Booth, KellongRoss-un HBS, Columbia Wharton kimi Şərq sahili məktəblərindən üstün olduğu demək deyil. Ümumiyyətlə, Çikaqoda işləməyi planlaşdıran tələbələr əsasən Çikaqodakı MBA proqramlarına göndərilir. Və Çikaqodakı böyük şirkətlərin birində işə düzəlmək Nyu-Yorkdakı eyni vəzifədən daha yaxşı olduğu heç kimin ağlına gəlməz.

Burada sual əmək haqqı meyarının MBA reytinqlərinin tərtib edilməsində əhəmiyyətli rol oynayıb-oynamadığında deyil. Məsələ, ilk növbədə, əmək haqının ölçülməsinə dürüst yanaşmadadır. Və mövzuya dair daha bir nüans: itirilmiş gəlirin uçotu (başqa sözlə, gələcəyə töhfə) əsasən qısamüddətli proqramlara qəbul olduğunuz zaman üstünlüklər verir ki, bu da beynəlxalq MBA reytinqinə təsir göstərir. Üstəlik, ən aşağı bal əmək haqqı yüksək olan namizədlərdən (məsələn, maliyyəçilərdən) sinif toplayan məktəblər alır, çünki təhsildən sonrakı əmək haqqı çox vaxt standartlaşdırılır və məzunun bitirdiyi məktəbdən asılı olmur. Beləliklə, itirilmiş gəlirlər əsasən abituriyentin MBA-dan sonrakı deyil, əvvəlki karyerasını göstərir.

Financial Times-ın MBA reytinqi

Bu reytinq bütün MBA reytinqləri arasında qızıl standart kimi görünür. O, bir neçə onilliklər ərzində tərtib olunur və digərlərdən fərqli olaraq, dünyanın bütün təhsil proqramlarını əhatə edir. Bir sözlə, biznes-məktəbləri “Amerikanın” və “digərləri” kateqoriyalarına bölmür. Təkcə bu, namizədlərə böyük fayda verir, çünki universitetləri spesifik meyarlara görə deyil, daha obyektiv qiymətləndirməyə imkan verir.

Bununla yanaşı, bu reytinqə ciddi yanaşmağın başqa səbəbləri də var: (1) üç meyara (qız tələbələrin, müəllimlərin və direktorlar şurasındakı qadın üzvlərin faizi) əsasən gender tarazlığının nəzərə alınması və (2) bütün məktəblərin KMPG göstəricilərinin nəzərdən keçirilməsi. Məlumatların keyfiyyətinə praktiki olaraq heç bir zəmanətin olmadığı bir dünyada, bu, şəffaflıq və dəqiqlik üçün təsiredici iddiadır. Və nəhayət, FT təqdim etdiyi hesabatlardakı uyğunsuzluqları aşkar etdikdən sonra 2018-ci ildə IE-ni siyahısından çıxardaraq, “dişlərini göstərməkdən” çəkinmədi. Qeyd edək ki, əvvəllər ilk onluğa daxil olan bu MBA proqramı mövqeyini hələ də bərpa edə bilməyib.

Lakin bütün bunlara baxmayaraq, FT reytinqində də müəyyən çatışmazlıqlar var.

FT özündə tələbə sorğularını, məktəb məlumatlarını və tədqiqat metriklərini birləşdirir (müəllimlərin / işçilərin seçilmiş jurnallarda dərc etdikləri məqalələrin sayı). Bu kateqoriyanın yalnız FT-də rast gəldiyini nəzərə alsaq, biznes-məktəbin tədqiqat fəaliyyətinin reytinqdə 15% təsir göstərməyə layiq olub-olmaması sual altındadır. Financial Times-in digər meyarları kifayət qədər standartdır: sorğunun əhəmiyyətli hissəsi tələbələrin MBA-dan əvvəlki və sonrakı əmək haqqının səviyyəsinə yönəlsə də, bəzən “keyfiyyətli” sualları da görmək olar.

Kəmiyyət məlumatlarına gəlincə, FT bu meyarları digər reytinqlərdən fərqli olaraq qiymətləndirir. Məsələn, GMT nəticələri və attestatın orta balı əvəzinə, milli müxtəlifliyə diqqət yetirilir: digər ölkələrdən gələn tələbələrin faiz nisbəti. Müxtəlifliyi təşviq etmək – əla ideyadır, lakin hesablama metodlarının məhdud olması Avropa proqramlarının Amerika proqramlarından daha üstün olmasına gətirib çıxarır. Gender balansına olan marağı nəzərə almasaq, müxtəlifliyin digər aspektləri burada nəzərə alınmır. Məsələn, Amerika proqramlarının az təmsil olunan azlıqların təhsilə cəlb etmək səyləri pərdə arxasında qalır.

FT reytinqinin ABŞ-dan kənarda yerləşən kursların lehinə olduğuna baxmayaraq, amerikan MBA proqramları da uğur qazanmağı bacarırlar: tarixin göstərdiyi kimi, WhartonHarvard reytinqlərdə üstün mövqe tutur. Zirvələri fəth edənlər arasında Avropanın LBSINSEAD, həmçinin üç dəfə lider olan Stanford var. INSEAD, IESELBS məktəbləri həmişə ilk onluqda olsa da, bu reytinq bütün çatışmazlıqlarına baxmayaraq hazırda Amerika və Avropa proqramlarını müqayisə etmək üçün ən etibarlı vasitə hesab edilə bilər.

Şəxsi maraqlarınızdan çıxış edin

Tez-tez namizədlərə MBA reytinqlərinə tam olaraq güvənməli olmadıqlarını xatırladırıq. Bunun bir çox səbəbi var – hamısı yuxarıda göstərilmişdir. Təsadüfi meyarlardan istifadə səbəbindən Amerika və beynəlxalq biznes-məktəbləri arasında müqayisələr qərəzlidir, bəzən isə heç doğru deyil. Əgər MBA reytinqinin sizi ən yaxşı müəssisəyə yönəldəcəyini gözləyirsinizsə, məyus olmağa hazır olun.

Bunun əvəzinə, öz karyera gözləntilərinizi düşünmək üçün vaxt ayırın, temperamentinizi və əsas xarakterik cəhətlərinizi öyrənin. Daha sonra reytinqlərdən asılı olmayaraq, hansı məktəbdə təhsil almaq istədiyinizi başa düşmək üçün proqramları nəzərdən keçirin. Və nəhayət, şəxsi maraqlarınızı, o cümlədən mədəni uyğunluğu nəzərə alın.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər